24 Avqust 08:25
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Kirbi Qəzza zolağı ilə bağlı Qahirədə başlayan atəşkəs danışıqlarına HƏMAS-ın da daxil edilməsinin vacibliyini vurğulayıb.

Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıqların konstruktiv keçdiyini və müəyyən irəliləyişlərin əldə edildiyini bildirib.

Qeyd edək ki, danışıqlarda İsrail, ABŞ, Misir və Qətər rəsmiləri iştirak edir. ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi sazişi üzrə danışıqlar davam edir.

“Biz buradayıq. Onlar da Qahirədədirlər. HƏMAS-ın danışıqlara qoşulmasına və məsələlərdə dərinə enməyə ehtiyacımız var. Yaxın günlərdə və həftə sonu boyunca buna fokuslanacağıq”, - deyə Kirbi bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər