25 Avqust 10:06
364
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarinin açıqlamasında bildirilir.

"Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və "Hizbullah" terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik”, - sənəddə qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər