Fransa teleqramın həmtəsisçisi Pavel Durovu Paris hava limanında saxlamaqla özünün “tiran təbiətini” dünyaya nümayiş etdirdi.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsində yazıb.
"Bu, çox ciddidir, Fransa dünyaya öz tiran təbiətini göstərdi. Senzura görüntüsü. Rəqəmsal Xidmətlərdə senzura aktı Fransada söz azadlığına qarşı getdikcə daha qəddar basqılara təkan verir. Sual verirəm: əgər "X" sosial şəbəkəsinin sahibi İlon Mask Fransaya gəlsə, onu eyni şəkildə saxlamaq və həbsə atmaq olarmı?”, - o paylaşımda yazıb.