Şimali Koreya lideri Kim Çen İn atom silahları üçün nüvə materiallarının istehsalının genişləndirilməsi barədə göstəriş verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumatda deyilir ki, Şimali Koreya lideri Nüvə Silahları İnstitutuna səfəri zamanı göstərişi verib.
Şimali Koreya lideri istehsalat bazasına da baş çəkib və burada nüvə başlıqlarının yaradılması prosesi ilə tanış olub.