25 Avqust 15:48
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.

Teleqraf.com xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib", - o deyib.

“Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir, - diplomat qeyd edib.

Qeyd edək ki, teleramın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb. Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər