Ukrayna Belarusu qüvvələrini sərhəddən daha da uzaqlaşdırmağa çağırıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Kiyev qonşu ölkəyə qarşı qeyri-dost hərəkətlər etmək niyyətində deyil. Minskdən qoşunlarını “Belarusun mövcud atəş sistemlərinin atış məsafəsini aşan bir məsafəyə” çəkməsi tələb olunub.