Ukraynanın İvano-Frankovsk şəhərində yerləşən Qərb silahlarının olduğu anbara hava zərbələri endirilib.
Teleqraf.com xəbər ki, bunu rusiyalı hərbi analitik Sergey Lebedev deyib.
Onun fikrincə, yaxınlarda Ukraynaya təhvil verilmiş F-16 qırıcıları bu anbarda saxlanıla bilər.
“Bu, təkcə enerji məqsədləri üçün deyil, bura həm də bu yaxınlarda İvano-Frankovska gətirilən avadanlıqların yerləşdiyi anqardır. Hesabatlara görə, İvano-Frankovskda iki F-16 gizlədilib. Partlayış da tam bu istiqamətdə baş verib”, - ekspert bildirib.
Lebedev bunun yaxınlarda bəlli olacağını vurğulayıb.