26 Avqust 16:17
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa XİN-in Teleqram messencerinin təsisçisi Pavel Durovun həbsi barədə açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Fransanın xarici siyasət xidməti Durovun həbsini “müstəqil məhkəmənin qərarı” adlandıraraq şərh etməkdən imtina edib.

Bunu “gülünc” adlandıran Zaxarova xatırladıb ki, Paris əvvəllər Beynəlxalq Ədalət Məhkəməsi və digər xarici dövlət orqanlarının qərarları barədə xeyli boşboğazlıq edib.

“İşin gülməli tərəfi odur ki, Fransa Xarici İşlər Nazirliyi əvvəllər hətta Beynəlxalq Məhkəmənin qərarlarını belə utanmadan şərh edib. Belə çıxır ki, o, fransız diplomatlarının məntiqi ilə beynəlxalq hüquqa hörmət etmirmiş”, - Rusiya rəsmisi deyib.

Zaxarova həmçinin qeyd edib ki, Paris adətən digər xarici məhkəmələrin qərarlarını şərh edərkən özünü saxlaya bilmir.

Pavel Durov avqustun 24-də Parisdə hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Teleqramın təsisçisi Fransaya Azərbaycandan gəlib. Fransa mətbuatı onu 20 ilə qədər həbs cəzasının gözlədiyini yazıb.

Rusiya Xarici İşlər Nazirliyi bundan sonra Parisə nota verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər