28 Avqust 11:28
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın mərhum Kraliçası II Elizabetin vaxtilə Donald Tramp və xanımı Melaniya haqda söylədiyi fikirlər üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kreyq Braunun Elizabet barədə yazdığı yeni kitabında qeyd olunub.

Nəşrdə mərhum kraliçanın Trampla münasibətlərinə də geniş yer verilib.

Kitabın bir səhifəsində Braun deyir ki, kraliça Elizabet Donald Trampı çox kobud hesab edib.

“Xüsusilə Trampın daim sanki daha maraqlı birini axtarırmış kimi çiyninin üstündən baxması onun xoşuna gəlmirdi”, - müəllif yazır.

İddiaya görə, Britaniya kraliçası Trampın Melaniya ilə evliliyini də şübhə altına alıb. Elizabetin fikrincə, onlar bir-birini o qədər də sevmirlər.

Elizabet həmçinin hesab edirdi ki, Trampın Melaniya ilə evliliyi razılaşma olub: “Əks halda o, niyə Trampla evli qalmalıydı?”

Donald Tramp “The Daily Beast”ə müsahibəsində iddianı yalanlayıb: “Bu, tamamilə yalandır. Müəllifin kim olduğu barədə heç bir fikrim yoxdur, amma tam əksi olub. Kraliça ilə əla münasibətim vardı, o məni bəyənirdi, mən də onu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər