29 Avqust 00:12
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada istintaq hakimi “Telegam” sosial şəbəkəsinin təsisçisi Pavel Durov barəsində ittiham irəli sürüb və məhkəmə nəzarəti altında sərbəst buraxıb.

Teleqraf.com bu barədə AFP nəşri Paris prokurorluğuna istinadən xəbər verir.

O, 5 milyon avroluq girov və həftədə iki dəfə polis idarəsinə gəlmək öhdəliyi ilə məhkəmə nəzarətinə verilib.

Eyni zamanda ona Fransa ərazisini tərk etmək qadağan edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər