Ukrayna Xarici İşlər Nazirliyi Monqolustanı Rusiya prezidenti Vladimir Putini həbs etməyə çağırıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
"Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi məsuliyyətə cəlb edilməlidir. Biz Monqolustan hakimiyyətini məcburi beynəlxalq həbs orderinə əməl etməyə çağırırıq", - Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Monqolustan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putinin “həbs edilməsi” ilə bağlı orderinə əməl etməkdən imtina edib.