3 Sentyabr 08:13
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasında çıxışında deyib. O bildirib ki, qərar Böyük Britaniyanın silah ixracı lisenziyalarının nəzərdən keçirilməsindən sonra verilib və bu lisenziyaların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması riski yaratması müəyyən edilib.

Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil: “Belə bir münaqişə ilə üzləşərkən, ixrac lisenziyalarını yenidən nəzərdən keçirmək Böyük Britaniya hökumətinin hüquqi öhdəliyidir. Təəssüf ki, bu gün aldığım qiymətləndirməyə əsasən, İsrailə bəzi Böyük Britaniya silahlarının ixracı beynəlxalq humanitar hüququn ciddi pozulması riskini daşıyır”,- deyə nazir deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər