Vaşinqton JASSM uzaqmənzilli qanadlı raketləri Kiyevə təhvil verməyə yaxındır, lakin Ukrayna gözləməlidir, çünki müvafiq texniki məsələləri həll etmək üçün ABŞ-a bir neçə ay lazım olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
“Hava-yer tipli raketlərin Kiyevin silah paketinə daxil edilməsi bu ilin payızında açıqlanacaq, baxmayaraq ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb”, - məlumatda deyilib.