Fransa prezidenti Emmanuel Makron uzun müzakirələrdən sonra sentyabrın 4-də yeni baş naziri təyin edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb .
“Emmanuel Makron tərəfindən təyin olunan yeni baş nazirin adının günün sonunda açıqlanması gözlənilir. Mütləq səs çoxluğu olmayan Respublika Prezidenti Lüsi Kasteni baş nazir təyin etməkdən imtina etdi. Makron hazırda Xavier Bertrand və Bernard Cazeneuve arasında tərəddüd edir”, – telekanal qeyd edib.