ABŞ Hindistanın Ukraynadakı münaqişənin sona çatmasına kömək edəcəyinə ümid edir.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, əlavə edib ki, Birləşmiş Ştatlar Kiyevin şərtləri ilə münaqişənin sona çatmasına kömək etmək istəyən hər hansı digər ölkənin də iştirakını alqışlayacaq.