"Ukrayna Kursk hücumunda çox şey əldə etdi, lakin vəziyyətin bundan sonra necə cərəyan edəcəyini söyləmək çətindir"
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Osloda jurnalistlərə açıqlamasında deyib.
"Ukraynalılar bundan sonra sadəcə qüvvələrini hara yerləşdirmək və bu vəziyyətdə hansı döyüş növünün uyğun olması kimi çətin seçimləri edə bilərlər", deyə Stoltenberq bildirib.