Honq-Konq hava limanında qasırğa səbəbindən 101 reys təxirə salınıb.
Teleqraf.com yerli KİV-ə istinadən xəbər verir ki, bunu hava limanının elektron tablosunun məlumatları göstərir.
Honq-Konq Meteoroloji Rəsədxanası bu il ilk dəfə olaraq şəhər ərazisində fırtına xəbərdarlığı səviyyəsini T8 səviyyəsinə qaldırıb. İctimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Sakinlərin və turistlərin ərzaq ehtiyatı saxlamaq üçün mağazalara doluşduğu qeyd edilir. Şəhər rəhbərliyi sakinləri yüksək dağlıq əraziləri və sahil zolağını tərk etməyə çağırır.
Meteoroloqların məlumatına görə, qasırğa şəhərdən 330 km cənubda yerləşir və şimal-qərbə doğru irəliləyir. Hazırda küləyin sürəti təxminən 58 m/s təşkil edir.