Qəzzada son sutkada 33 fələstinli ölüb, 145 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Beləliklə, indiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 972 nəfərə, yaralananların sayı 94 761 nəfərə çatıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.