8 Sentyabr 22:06
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər Qəzza zolağı sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Qətər Qızıl Aypara Cəmiyyəti, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi və Qətər İnkişaf Fondu arasında müqavilə imzalanıb.

Vəsait Qəzza zolağından olan 4400 fələstinli işçiyə, eləcə də münaqişədən əvvəl tibbi yardım üçün Qərb Sahilinə gələn və öz evlərinə qayıda bilməyən anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.

"Nağd yardım keçən ilin oktyabrında münaqişədən bəri Qəzza zolağına qayıda bilməyən köçkünlər üçün həyati dəstək olacaq", - Qətər Xəbər Agentliyinin açıqlamasında deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər