10 Sentyabr 23:08
2 561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında baş verənlərdə İsrail Baş naziri Benyamin Netanyahunu dəstəkləyənlər də məsuliyyət daşıyırlar.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Türkiyənin Qəzza məsələsi ilə bağlı Cənubi Afrika Respublikasının başlatdığı Beynəlxalq Cinayətlər Məhkəməsinə iddiaya müdaxilə bəyannaməsini təqdim etdiyini xatırladan nazir Qəzzada axan qanların birbaşa İsrailin əvvəlki hücumlarının cəzasız qalmasının nəticəsi olduğuna diqqət çəkib.

“Bu dəfə fərqli olmalıdır. Məsuliyyət daşıyanlar beynəlxalq məhkəmələrdə cavab verməlidirlər. Bir şeyi aydınlaşdırmaq lazımdır: Netanyahunu dəstəkləməyə davam edənlər də davam edən soyqırımın ortaqlarıdır. Onlar da məsuliyyətə cəlb olunacaqlar”, - Fidan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər