Əfqanıstanın Norveçdəki səfirliyi fəaliyyətini dayandırır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Norveçdəki səfirliyi məlumat yayıb.
Belə bir addım atılmasına səbəb kimi Talibanın keçmiş hökumət tərəfindən yaradılmış diplomatik missiyaları, o cümlədən Norveçdəki missiyanı artıq tanımaması göstərilib.
Diplomatik missiyanın sentyabrın 12-də bağlanacağı bildirilib.