11 Sentyabr 12:42
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin müxtəlif istiqamətlərdə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ABŞ dövlət katibinin müavini Kurt Kempbell sentyabrın 10-da bildirib ki, Çin Rusiyanın gizli hərbi texnologiyaları müqabilində bu ölkənin müdafiə sənayesinə ciddi dəstək verir.

Onun sözlərinə görə, Çin Rusiyanı təkcə ikili təyinatlı məhsullarla təmin etmir, həm də Rusiya hərbi maşınının elementlərini dəstəkləmək, inkişaf etdirmək və diversifikasiya etmək üçün mühüm səylər göstərir. Buna cavab olaraq Rusiya Çinə sualtı gəmilər, aviasiya avadanlıqları və raket texnologiyaları göndərir.

ISW vurğulayır ki, bütün bunlara baxmayaraq, Çin rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmədiyini bildirir, bu barədə iddiaları inkar etməyə davam edirlər. Rəsmi Pekin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyində qərəzsiz olduğunu bildirir.

Kempbellin bəyanatı hazırda Sakit və Şimal Buzlu okeanlarında, həmçinin Aralıq dənizi, Xəzər və Baltik dənizlərində keçirilən “Okean-2024” beynəlxalq hərbi dəniz təlimləri fonunda verilib. Proseslərə Rusiya başçılıq edir.

Təlimlər ərəfəsində Prezident Vladimir Putin ABŞ-ı Rusiya və Çinə təzyiq göstərməkdə ittiham edib. Onun fikrincə, bu, birgə dəniz təlimlərinin keçirilməsi zərurətini yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər