Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə məcburi hərbi xidmətin 75 gün olacağını bildirib.
Teleqraf.com xəbər verir ki, Aleksandar Vuçiç Serbiyada məcburi hərbi xidmətin 75 gün olması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ona göndərilən təklifi qəbul etdiyini deyib.
Serbiya Prezidenti ölkəsinin güclü orduya ehtiyac duyduğunu bildirib, hökumətin də bu təklifi qəbul edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Aleksandar Vuçiç bu addımın hər hansı bir ölkəyə hücum etmək məqsədi daşımadığını qeyd edib.
Xatırladaq ki, Serbiya parlamenti 2010-cu ildə məcburi hərbi xidməti ləğv edib.