16 Sentyabr 23:24
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və Almaniya kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransını ləğv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata əsasən, mətbuat konfransının ləğv edilməsinin səbəbləri açıqlanmayıb.

Şolts isə media nümayəndələrinə açıqlamasında bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını arzuladığını bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər