20 Sentyabr 23:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ gələn həftə Ukraynaya yeni böyük hərbi yardım paketini açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda deyilir ki, paketə artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, sursatlar daxildir. Yeni paketin həcmi bu yaxınlarda alınan tədarüklərdən xeyli böyük olacaq.

Həmçinin bildirilir ki, bu çatdırılma onların ABŞ anbarlarında avadanlıq və silah çatışmazlığı səbəbindən gecikmələrlə üzləşə bilər.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Vladimir Zelenskini sentyabrın 26 -da Vaşinqtonda qəbul edəcək. Bundan başqa prezidentliyə namizəd Kamala Harrisin Ukrayna lideri ilə ayrıca görüşü planlaşdırılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər