Fransa polisinin xüsusi qrupu ölkənin dənizkənarı ərazisi Martinikdə etirazların yatırılmasına cəlb ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
"Şəhər iğtişaşlarına qarşı mübarizədə ixtisaslaşmış CRS 8-dən olan polis əməkdaşları da Martinikə göndəriləcək. Onlar sentyabrın 21-də axşam Fransadan çıxacaqlar", - telekanal polis mənbələrinə istinadən bildirib.
Qeyd edək ki, Fransa idarəçiliyinə qarşı Martinikdə də etirazlar başlayıb. Fransa hökuməti Yeni Kaledoniyada olduğu kimi Martinikdə də komendant saatı tətbiq edib.