08:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın əksər ştatlarında seçici siyahıları “ölü canlardan” təmizlənməyəcək, çünki onlar olmasaydı, Demokratik prezidentliyə namizəd Kamala Harrisin seçkidə şansı olmazdı.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu senator Aleksey Puşkov Telegram kanalında deyib.

Onun sözlərinə görə, Oklahoma ştatının hakimiyyət orqanları səsvermə hüququndan məhrum edilmiş 95 min ölü və 56 min cinayətkarın adını seçici siyahılarından çıxardıqlarını bildirib.

“Ümumilikdə 195 min qondarma seçici siyahıdan çıxarılıb. Həm də bütün Amerikada Demokratlar Partiyasının qeyri-qanuni olaraq seçki bülletenləri ilə təmin etdiyi milyonlarla qeyri-qanuni miqrant var” - senator vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər