21 Sentyabr 21:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun cənub ətrafına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 37-yə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Əl Qaim məhəlləsində dağılmış iki evin qalıqları olan yerdə axtarış-xilasetmə əməliyyatı davam edir. Mümkün qurbanların axtarışı üzrə dağıntılar təmizlənir.

Xatırladaq ki, daha əvvəl “Hizbullah” hərəkatının silahlı qanadı İsrailin hava hücumu zamanı 2 hərbi rəhbərinin və 13 döyüşçüsünün öldüyünü təsdiqləmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər