21 Sentyabr 21:05
217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda ağır yol qəzası olub.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Fərid Emin oğlu Rəsulov, sərnişinlər - Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər