21 Sentyabr 20:35
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan “arzuolunmaz əcnəbilərin” ölkəyə girişini qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Özbəkistan Ali Məclisində qəbul edilib.

Bildirilir ki, “qara siyahı”ya bəyanatları və hərəkətləri Özbəkistanın dövlət suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə zidd olan, dövlətlərarası, sosial, milli, irqi və dini düşmənçiliyə səbəb olan şəxslər daxil ediləcək.

Bundan başqa, bəyanatları və hərəkətləri ilə özbək xalqının şərəf, ləyaqət və tarixini ləkələyən əcnəbilər də siyahıya əlavə oluna bilər.

Dəyişikliklərə əsasən, “qara siyahı”da olan şəxslərin 5 il müddətinə ölkəyə girişinə qadağa qoyulacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər