Rusiya xüsusi xidmət orqanları Ermənistanda dövlət çevrilişinə cəhdin təşkilindən xəbərdar olublar.
Teleqraf.com Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində hakim Mülki Müqavilə Partiyasından deputat Armen Xaçatryan deyib.
“Fikrimcə, Rusiyanın təhlükəsizlik orqanları o qədər də qeyri-peşəkar deyillər ki, Ermənistandan onlarla insanın gəlib təlim keçməsini bilməsinlər. Məncə, iştirakçıların sayı 7-dən çoxdur. Əgər Rusiyanın səriştəli orqanları məsələdən xəbərdar deyildilərsə, o zaman bu, çox böyük problemdir”, – deyə o bildirib.
Xatırladaq ki, keçən həftə Ermənistanda dövlət çevrilişi etmək istəyən bir qrup şəxs həbs edilib. Onların içərisində Qarabağ erməniləri də yer alıb.