21 Sentyabr 08:34
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iştirakçıları Ukrayna prezidenti Vladimir Zelenskinin tələblərini rədd etməlidir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

O bildirib ki, Zelenskinin təklifləri rədd edilməsə münaqişə daha da gərginləşə bilər.

“Biz Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qarşıdan gələn sessiyasının iştirakçılarını İsrailin Yaxın Şərqdəki hərəkətlərinə və Zelenskinin planına qəti “yox” deməyə çağırırıq ki, bu, qarşıdurmanın artmasına səbəb ola bilər”, - Slutski deyib.

Siyasətçi oxşar müraciətlə ABŞ prezidentliyinə namizədlər Kəmalə Harris və Donald Trampa müraciət edib . O, vurğulayıb ki, Rusiyanı dəstəkləmək lazım deyil, ancaq sülh üçün səy göstərməyə dəyər.


Müəllif: Arzu

Oxşar xəbərlər