22 Sentyabr 00:58
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasətçi Gideon Saar İsrailin baş naziri Benyamin Netanyahunun ona təklif etdiyi müdafiə naziri vəzifəsindən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Məlumata görə, Saar belə bir təklifin olduğunu və təxminən bir həftə əvvəl bu vəzifəni tutmaq niyyətində olduğunu etiraf edib. Lakin siyasətçi son günlər Livan-İsrail sərhədində başlayan gərginliyin kəskin artmasından sonra qərarını dəyişib.

"Mən həmişə İsraili gücləndirəcəyəm və heç vaxt onu zəiflədənlər arasında olmayacağam", - siyasətçi bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər