21 Sentyabr 18:33
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TikTok" video platforması "Sputnik" media şəbəkəsinin bir neçə filialının hesablarını silib.

Teleqraf.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Sputnik İnternational”, “Sputnik Serbia”, “Sputnik Afrique”, “Sputnik Afrika”, “Sputnik Brasil”, “Sputnik Mundo” və “Sputnik İndoneziya”nın hesabları silinib.

"TikTok" hesabların silinməsinin səbəblərini açıqlamayıb.

İddia olunur ki, hesabların silinməsinə səbəb ABŞ-ın Rusiya mediasına qarşı tətbiq etdiyi sanksiyalardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər