ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə debatların ikinci raundunu keçirmək üçün çox gec olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Tramp bunu Şimali Karolina ştatında tərəfdaşları ilə görüşdə deyib.
"Kamala və komandası görürlər ki, onların kampaniyası yaxşı getmir. Buna görə də onlar növbəti debat raundunu keçirmək istədiklərini açıqladılar. Amma problem ondadır ki, debat üçün çox gecdir".
Xatırladaq ki, daha əvvəl Kamala Harris debatlara hazır olduğunu açıqlayıb. O, Donald Trampın da debata qoşulacağına ümid etdiyini bildirmişdi.