13:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair və qiraətçi Nazilə Səfərlinin Novxanıdakı bağ evini sıçanlar basıb.

Teleqraf.com bildirir ki, bu haqda sənətçi instaqram səhifəsində məlumat yayıb.

Divanın altında iki ölü sıçanın videosunu çəkib izləyiciləri ilə bölüşən Nazilə məsələni belə nəql edib:

"Vəziyyət budur... Bunlar bir-birini parçalıyıblar, sürüyüblər... Nə olubsa bilmirəm. Vəziyyət budur. İndi bunu kim atacaq? Sizin mənim evimdə nə işinin var idi? Sizə dedim axı mənə dəyib, dolaşmayın. Görürsünüz axınız nə olur..."

Qeyd edək ki, eyni vəziyyət N.Səfərlinin başına daha əvvəl də gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər