Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova “Cənnətim” adlı mahnıya görə qalmaqal daha da böyüyür.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu Vəfa Şərifovanı məhkəmə ilə hədələyib:
"İş məhkəməlikdir. Məhkəmədə görüşərik, bunları sən istədin. Ağıllı ol, ad çəkəndə də düşün".
İfaçı Vəfa Şərifovanı cahil adlandırıb: "Sən başı boş, cahilsən. Hər dəfə atmacaların səni batırır, "siqan". Trend görməmişi az qaraçılıq et. Sən səhvsən və oğrusan. Bu sənə son sözüm! Ad çəkib, özünə təsəlli alırsan. Səhv yoldasan".
Qeyd edək ki, Vəfa Şərifova Şəbnəm Tovuzlu haqqında bu sözləri yazıb: "Qorxusundan statusunu sildi, çünki savadsızdır. Öz maraqları üçün hərəkət edir. Ölkə dərəbəylik deyil ki, hansısa məmurun qohumu özbaşınalıq etsin".