21 Sentyabr 09:06
3 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Hindistandan Dünya Bankının zəmanəti ilə 1960-cı ildə imzalanmış 64 illik Hind Suları Müqaviləsinə (IWT) əməl etməsini istəyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyi Mətbuat katibi Mümtaz Zehra Baluç deyib.

“Suyun bölüşdürülməsi ikitərəfli razılaşmalarla həyata keçirilir. Pakistan sazişin həyata keçirilməsinə tam sadiqdir. Biz Hindistanın razılaşmaya əməl edəcəyini gözləyirik” - nazirliyin nümayəndəsi deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər