Bu gün Türkiyə Super Liqasında "Qalatasaray" səfərdə "Fənərbaxça" ilə qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, VI turda baş tutan oyun Atilla Karaoğlan tərəfindən idarə olunub.
Qarşılaşma qonaqların üstünlüyü ilə başlayıb. Erkən qollar vuran "Qalatasaray" ilk hissəni öndə tamamlayıb. Qonaqlar ikinci hissədə daha bir qol vurublar. Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb. Oyun 1:3 hesabı ilə başa çatıb.
Hazırda "Qalatasaray" 18 xalla turnir cədvəlinə başçılıq edir, Joze Mourinyonun komandası isə 13 xalla ikinci yerdədir.