21 Sentyabr 22:38
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan hava limanında saxlanılan bloger Aleksandr Lapşin sərbəst buraxılıb.

Teleqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkil Ruben Melikyan bildirib.

Onun sözlərinə görə, Lapşin Belarusun tələbi ilə saxlanılıb.

Melikyan deyib ki, Lapşinin saxlanılması və sonradan azad edilməsi ilə bağlı vəsatət Ermənistan prokurorluğu tərəfindən qəbul edilib.

Ermənistan baş prokurorunun müşaviri Lusine Martirosyan Lapşinin Belarusun hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması əsasında saxlanıldığını təsdiqləyib.

Qeyd edək ki, bloqer 2017-ci ildə Azərbaycanda həbs olunub, lakin bir müddət sonra əfv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər