25 Sentyabr 13:43
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə başlayandan Rusiya ordusu üçün “alınmaz qala”ya çevrilən Donetsk vilayətinin Uqledar şəhəri tezliklə ələ keçəcək kimi görünür. Şəhəri müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin 72-ci Mexanikləşdirilmiş Briqadası geri çəkilməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes”in analitiki Devid Eks yazır.

Eks qeyd edir ki, rusların Uqledara son hücumları əvvəlkilərlə müqayisədə effektli olub.

Ukraynanın “Frontelligence Insight” analitik qrupunun məlumatına görə, şəhərdə vəziyyət kritikdir, Uqledar öz müdafiəsinin son mərhələsindədir.

“Forbes”in analitiki də qrupun məlumatını təsdiqləyib:

“Bunun belə olduğuna dair əlamətlər var. Rus qoşunları ötən həftə şəhərin cinahlarını təhdid etməyə başladıqdan sonra 2000 nəfərlik 72-ci Mexanikləşdirilmiş Briqada yavaş-yavaş daha qorunan mövqelərə çəkilməyə başlayıb”.

Devid Eks ümumilikdə Ukrayna ordusunun şərq cəbhəsindəki (Donbas) mövqelərinin zəiflədiyini vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər