Rusiya prezidenti Vladimir Putin Kremldə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskvada səfərdə olan siyasətçi Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə də görüşüb.
Məlumata görə, iki dövlət arasında əməkdaşlığı müzakirə edən siyasətçilər qeyd ediblər ki, Moskva ilə Ankara arasında yüksək səviyyəli etimad həm də iki ölkənin liderləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı mehriban münasibətlər sayəsində mümkün olub.
Rusiya-Türkiyə münasibətləri intensiv şəkildə inkişaf edir və Ankara Moskva ilə ticarət dövriyyəsində ilk üçlükdə yer alır.