Rusiya hərbi qüvvələri Ukraynanın dərinliklərinə doğru irəliləmək məqsədlərindən əl çəkməyib. Bu məqsədlə Donetsk vilayətinin Çasiv Yar şəhəri istiqamətində qruplaşmalarını gücləndirib, Ukrayna ordusunu geri itələməyə çalışacaqlar.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun zabiti Oleq Kalaşnikov deyib.
Onun sözlərinə görə, Çasiv Yar Rusiya üçün prioritet ərazi olaraq qalır.
“Gələcəkdə bu istiqamətdə qruplarını gücləndirəcəklər və bizi sıxmağa çalışacaqlar. Üstəlik, bizi bütün cəbhə boyu nəinki sıxışdıracaqlar, həm də mühasirəyə almağa cəhd edəcəklər. Çasiv Yar onlar üçün prioritet istiqamət olaraq qalır. Çünki Çasiv Yar bölgənin ən yüksək nöqtəsidir. Düzənliklərdə olan Kostyantinivka, Drujkivka, Kramatorsk, Slovyansk Çasiv Yardan 200 metr aralıda yerləşir”.
Kalaşnikovun fikrincə, Rusiya ordusu Çasiv Yarı ələ keçirsə, Donetskin qalan şəhərlərini asanlıqla götürmək üçün yaxşı fürsət əldə edəcək.
“Hazırda Çasiv Yar rusların Donetsk və Luqansk vilayətlərini tam ələ keçirməyə mane olur”, - Ukrayna ordusunun zabiti əlavə edib.