26 Sentyabr 11:13
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizədi Donald Tramp Şimali Karolinada seçiciləri ilə görüşündə İranı hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, ABŞ kəşfiyyatının İrandan real və konkret sui-qəsd cəhdləri ilə bağlı məlumat əldə etməsindən bir gün sonra Tramp İran şəhərlərini yerlə-yeksan etməklə hədələyib.

“Prezident olsaydım, təhdid edən ölkəyə, indiki halda o İrandır, deyərdim ki, əgər bu adama hər hansı bir zərər yetirsəniz, sizin ən böyük şəhərlərinizi və ölkənizi yerlə-yeksan edərik. Mən də bunu söyləyərdim”, - siyasətçi vurğulayıb.

Tramp Tehranın bir neçə dəfə ona qarşı sui-qəsd cəhdi etdiyini açıqlayıb:

“Bildiyiniz kimi, həyatıma iki dəfə sui-qəsd olub və İranın əli ola bilər, olmaya da bilər. Amma yəqin ki, İranla əlaqəsi var. Amma hələ də bilmirəm”.

İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda olduğunu xatırladan Tramp qeyd edib:

“İran prezidenti bu həftə ölkəmizdədir və böyük təhlükəsizlik qüvvələri tərəfindən qorunur. Bununla belə, xalqımızın keçmiş prezidentini və ABŞ-ın növbəti prezidenti olmaq üçün əsas namizədi hədələyirlər”.

Tramp dünən sosial mediada yayımlanan bəyanatında İranın onu öldürmək üçün bir neçə addım atdığını və uğursuzluğa düçar olduğunu, amma yenidən cəhd edəcəyini bildirmişdi. Prezidentliyə namizəd ABŞ ordusunun Tehranı izlədiyi və gözlədiyini yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər