26 Sentyabr 17:43
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Co Baydenin qəbuluna dəvətin ləğvini “müxalifətin xeyrinə addım” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Gürcüstan lideri bunu ciddiyə almadığını da söyləyib.

“Ciddi deyil. Üç gün əvvəl dəvət göndərdilər, sonra ləğv etdilər. Bu, müxalifətin xeyrinə unikal humanitar addımdır, amma müxalifət üçün də praktiki effekt verməyəcək”, - Kobaxidze bildirib.

Gürcüstan baş naziri Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-dadır.

Bayden administrasiyası Kobaxidzeni BMT-nin Ali Həftəsinin iştirakçılarının şərəfinə təşkil olunan ənənəvi qəbula dəvət etməmək qərarına gəlib. ABŞ-ın Tiflisdəki səfirliyi bildirib ki, buna səbəb Gürcüstan hökumətinin antidemokratik və anti-Qərb addımlarıdır.

Parlamentin spikeri Şalva Papuaşvili bunu “ölkənin daxili işlərinə müdaxilənin təzahürlərindən biri” kimi qiymətləndirib. Onun fikrincə, müxalifətin vəziyyəti o qədər acınacaqlıdır ki, ABŞ administrasiyası onu hansısa formada dəstəkləmək üçün qeyri-standart hərəkətlərdən belə çəkinmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər