30 Sentyabr 16:51
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili saxtakar və ölkə Konstitusiyasını ilk pozan şəxsdir.

Teleqraf.com xəbər verir ki, bunu Tiflis meri Kaxa Kaladze deyib.

“Salome Zurabişvili hansısa formada ölkənin imicinə xələl gətirmək üçün hər şeyi edir. Konstitusiyanı ilk pozan şəxsin səfərini necə qiymətləndirmək olar, bunun əksi olmalıydı, Konstitusiyanı ilk qoruyan o olmalı idi”, - mer Zurabişvilinin Almaniyaya səfərini belə şərh edib.

Gürcüstan Konstitusiyasına görə, prezident yalnız hökumətin razılığı ilə xarici səfərlər və rəsmi görüşlər keçirə bilər. Zurabişvili ötən il də hökumətin icazəsi olmadan bir sıra xarici ölkələrə, o cümlədən Ukraynaya səfər planlaşdırmışdı. Bundan sonra Konstitusiyanı pozması ittihamı ilə onun impiçmenti məsələsi gündəmə gəlmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər