Rusiya Ukrayna ordusunun aylarla davam edən müqavimətindən sonra strateji əhəmiyyətli Vüqlədar şəhərini ələ keçirib. Bu itki müharibənin üçüncü qışı ərəfəsində Kiyevin üzləşdiyi problemlərin ciddiliyini göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ telekanalı bildirir ki, Rusiya hərbçiləri dağıdılmış şəhərin meriya binasının xarabalıqları üzərində öz bayraqlarını qaldırıblar. Uqledar sakinlərinin sayı 14 mindən 100-ə qədər azalıb. Ukrayna qoşunları oktyabrın 2-də şəhərdən geri çəkildiyini təsdiqləyib. Açıqlamada deyilir ki, şəhərdə mühasirə təhlükəsi olduğu üçün çıxmaq qərarı verilib.
CNN-nin fikrincə, Rusiya lideri Vladimir Putinin əsas məqsədlərindən biri Donbasın tamamilə ələ keçirilməsidir. Rusiya qüvvələri il ərzində şərq cəbhəsində tədricən irəliləyib. Uqledarın itirilməsi isə Ukrayna Prezidenti Vladimir Zelenskinin amerikalı həmkarı Co Baydenlə görüşdən qayıtması fonunda baş verib. Vaşinqtonda Kiyev üçün əsas razılaşmalar əldə olunmayıb.
Uqledar Pokrovsk şəhərindən 50 km məsafədə yerləşir. Son vaxtlar şərqdə Rusiya hücumlarının əsas hədəfi də bu şəhərdir. Uqledarın heç bir mühüm logistik önəmi olmasa da, Ukraynanın şərq və cənub cəbhələri arasında gücləndirilmiş müdafiə xətti sayılırdı.
Uqledar həm də Zeporoje və Donetsk cəbhələrinin qovşağında yerləşir. Fevralda işğal edilən Avdiv kimi Uqledar da sərt müdaxilələrlə ələ keçirilib. Ukrayna ötən iki il ərzində şəhərdə güclü müdafiə xətti yaratmışdı.