İran gələn ilin aprel ayına qədər istifadə üçün hazır olan 10 nüvə başlığına malik ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.
Britaniya nəşri qeyd edir ki, İranın oktyabrın 1-də İsrailə atdığı raketlər gələcəkdə nüvə başlıqlarının daşınması üçün istifadə oluna bilər.
“Həmin raketlərlə heç bir ölkəni məhv etmək mümkün deyil, ancaq bunlarla hədələyib danışıqlarda daha yaxşı mövqe əldə edə bilərsiniz”, - məqalədə deyilir.