9 Oktyabr 16:52
4 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Lloyd Ostin və səudiyyəli həmkarı Xalid bin Salman əl-Səud arasında telefon danışığı olub və İrana qarşı çəkindirmənin gücləndirəcəklərini bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin açıqlamasında deyilir.

Müdafiə nazirləri Yaxın Şərqdə təhlükəsizliyin gücləndirilməsi səylərini müzakirə ediblər. Ostin ABŞ-ın Səudiyyə Ərəbistanının təhlükəsizliyinə sadiqliyini təsdiqləyib və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb. Nazirlər çəkindirmənin gücləndirilməsi, ümumi təhdidlərə, o cümlədən İran və onun dəstəklədiyi terrorçu qruplara qarşı mübarizə istiqamətində sıx ikitərəfli əməkdaşlığı davam etdirmək öhdəliyi götürüblər.

Həmçinin Ostin və əl-Səud Livanda sabitliyin və məsuliyyətli idarəçiliyin bərpasına bütün tərəflərin töhfə verməsinin zəruriliyindən danışıblar. Ostin ABŞ-ın regionda təcavüzün qarşısını almağı dəstəklədiyini söyləyib.

Oktyabrın 1-də İran HƏMAS və “Hizbullah” liderləri, eləcə də SEPAH generallarının öldürülməsinə cavab olaraq İsrailə raket hücumu həyata keçirib. Tehran raketlərin 90 faizinin nəzərdə tutulan hədəfləri vurduğunu iddia etsə də, İsrail Tehranın 180-ə yaxın raket atdığını, əksəriyyətinin məhv edildiyini açıqlayıb. İsrail Baş Qərargahı hücuma cavab veriləcəyini bildirib. İranın dini lideri Əli Xameneyi də öz növbəsində bu halda ölkəsinin İsrailə cavab zərbələrinin daha genişmiqyaslı olacağı barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər