10 Oktyabr 08:13
2 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzair Fransa şirkətlərini buğda idxalı tenderindən kənarlaşdırıb və iştirakçı firmalardan Fransa mənşəli taxıl təklif etməməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, Şimali Afrika ölkəsinin hakimiyyət orqanlarının belə addım atması Əlcəzair və Fransa arasında münasibətlərdəki gərginliyin nəticəsi olub.

Məlumata görə, çərşənbə axşamı Fransa firmaları Əlcəzairin Peşəkarlararası Taxıl Agentliyi tərəfindən keçirilən müntəzəm tenderdə iştiraka dəvət edilməyib. Bundan əlavə, tenderə buraxılmış şirkətlərə Fransa buğdasını təklif etməmək tövsiyə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər